[b]“İnter”in “Keşlə” adlanacağı tarix açıqlandı[/b]
26.10.2017 - 14:15
[b]“İnter”in “Keşlə” adlanacağı tarix açıqlandı[/b]

“İnter” klubunun hansı tarixdən “Keşlə” adını daşıyacağı rəsmən bəlli olub. Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.

 

O bildirib ki, paytaxt təmsilçisi quruma məsələ ilə bağlı rəsmi müraciət edib. Musayev həmçinin, “İnter”in ölkə çempionatının növbəti turuna yeni adla çıxacağını bildirib: “İnter” bizə rəsmi müraciət edib. Lazım olan sənədlər artıq bu gün bizə daxil oldu. Komandanın “Keşlə” adlanması ayın 28-də rəsmən elan olunacaq”.

 

Qeyd edək ki, “İnter” Premyer Liqanın X turunda oktyabrın 28-də “Kəpəz”lə qarşılaşacaq.