UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “İnter”in II təsnifat mərhələsində “Hafnarfyordur”la (İslandiya) cavab matçının hakimləri bəlli olub. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, “bankirlər”in gələn həftə Bakıda baş tutacaq qarşılaşmasını bu ölkə nümayəndələri idarə edəcəklər.
UEFA “İnter Arena”dakı görüşə baş hakim qismində Yaroslav Koziki göndərəcək. Ona həmyerliləri Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sergey Boyko yerinə yetirəcək.
Qeyd edək ki, “İnter” – “Hafnarfyordur” oyunu iyulun 23-də Bakıda keçiriləcək. Komandalar arasında ilk qarşılaşma isə bu gün baş tutacaq.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq