Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb. Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.
Məlumata görə, C. Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 və 179.1 maddələri ilə ittiham olunur. O, Bakı İstintaq Təcridxanasına aparılıb.
Qeyd edək ki, Cahangir Hacıyev “İnter” futbol klubunun fəxri-prezidenti, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvüdü.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı