Milan “İnter”inin hücumçusu Stevan Yovetiç örnək xeyirhalıq nümunəsi ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, monteneqrolu hücumçu həmyerlisi, gənc futbolçu Milivo Rayçeviçin bütün əməliyyat xərclərini ödəyib.
Ancaq məsələ bu qədər sadə deyil. Bu barədə UEFA-nın rəsmi saytına Rayçeviç özü məlumat verib.
Gənc futbolçu hadisəni belə danışıb: “Avqust ayında çarpaz bağlarımdan ciddi zədə almışdım. Əməliyyat lazım idi və nə mənim, nə də klubum “Buduçnost”un bunu edəcək maddi imkanımız yox idi. Monteneqroda mənə yanlış diaqnoz qoyulmuşdu, təcili surətdə Almaniyaya, Auqsburqa yollanmalı və əməliyyat olunmalı idim.
Bu məqamda ağlıma bir fikir gəldi və mən həmyerlim Yovetiçə zəng etdim. O isə mənə 2010-cu ildə eyni zədədən əziyyət çəkən vaxt onu müalicə edən həkimi məsləhət gördü. Üstəlik bütün müayinə, müalicə, hətta əməliyyat xərcini də o ödədi”.
Bir maraqlı məqamı da qeyd edək ki, bu zəngə qədər Rayçeviçlə Yovetiçin heç vaxt şəxsi tanışlıqları olmayıb. Üstəlik “Mançester Siti”yə məxsus olan və hazırda İtaliyada oynayan Yovetiç karyerasına Rayçeviçin klubu “Buduçnost”un əzəli rəqibi olan “Mladost”da başlayıb.
Gənc hücumçu öz xeyirxahına belə minnətdarlıq edib: “İndiki halda Stevana ancaq təşəkkür edə bilərəm və burdan ona demək istəyirəm ki, gələn mövsüm futbola qayıdacam və bütün qollarımı onun şərəfinə vuracam”.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı