Topaz Premyer Liqasının ilk dövrəsi başa çatdıqdan sonra klubların qış fasiləsindəki hazırlıq planları da artıq bəlli olur. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ilk yarısını ikinci pillədə başa vuran ötən mövsümün vitse-çempionu “İnter” ikinci yarıya Türkiyədə hazırlaşacaq.
Bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib. Yanvarın 4-də hazırlığa start verəcək “bankirlər” Antalyaya yollanacaq. Qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdıran Zaur Svanadzenin yetirmələrinin artıq iki rəqibi də məlumdu.
İlk oyunun yanvarın 13-də keçirilməsi planlaşdırılır. Rəqib Almaniya təmsilçisi “Verder”in gənclər komandası olacaq.
Təmsilçimizin daha bir rəqibinin də kimliyi bilinir. Qazaxıstan təmsilçisi “Atırau” ilə yoxlama oyunu yanvarın 23-nə, toplanışın son gününə nəzərdə tutulub.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək