Həftəsonu Premyer Liqanın X turunda “Kəpəz”lə qarşılaşacaq “İnter” matçın hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bakılılar görüşə tam heyətlə hazırlaşırlar.
Xəstə olduğu üçün ötən turda “Səbail”lə görüşü buraxan müdafiəçi Denis Silva tam sağalıb və məşqçilər korpusunun ixtiyarındadı. Braziliyalı vitse-kapitan “Kəpəz”lə oyunda yenidən start heyətindəki yerini alacaq.
Ölkə çempionatının VI turunda “Zirə” ilə qarşılaşmada zədələnən kapitan Nizami Hacıyev də kollektivlə birlikdə məşqlərdə iştirak edir. Fiziki cəhətdən tam hazır olmadığı üçün “Səbail”lə matçı buraxan yarımmüdafiəçinin bu dəfə meydana çıxması gözlənilir. Doğrudu, onunla bağlı son qərarı baş məşqçi Zaur Svanadze verəcək. Ancaq heyətin kasad olduğunu nəzərə alsaq, kapitanın ilk dəqiqələrdən formanı geyinəcəyini proqnozlaşdırmaq olar.
Qeyd edək ki, “İnter” - “Kəpəz” oyunu oktyabrın 28-də “İnter Arena”da keçiriləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi