“İnter” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bakılıların xahişindən sonra PFL “Kəpəz” – “İnter” qarşılaşmasının məkanını rəsmən dəyişib.
“İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini təşkil etmək istəyində olduğunu bildirib və bununla əlaqədar olaraq “Kəpəz”lə görüşün yerinin dəyişdirilməsini xahiş edib. PFL bunu və gəncəlilərin razılıq məktubunu əsas tutaraq, X turun “Kəpəz” – “İnter” matçının oktyabrın 28-də “İnter Arena”da keçirilməsini qərara alıb.
Bu klublar arasında IV dövrənin oyununda meydan sahibi “Kəpəz” olacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi