[b]“İnter”in oyunu türk əsilli hakimə tapşırıldı[/b]
27.07.2015 - 17:00
Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”inin “Atletik”lə keçirəcəyi cavab görüşünün hakimləri açıqlanıb. Apasport.az Türkiyənin ajansspor.com saytına istinadən xəbər verir ki, qarşılaşma türk əsilli hollandiyalı referi Sərdar Gözübüyükə tapşırılıb.
Gözübüyükə hollandiyalılar – Bas van Dongen və Patrik Lanqkamp köməklik edəcəklər. Dördüncü hakimin adı isə hələlik açıqlanmayıb.
Bu, Gözübüyükün Avropa Liqasında idarə edəcəyi 7-ci qarşılaşma olacaq.
Qeyd edək ki, “İnter” və “Atletik” arasındakı cavab görüşü avqustun 6-da, saat 21:00-da keçiriləcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0