[b]“İnter”in oyununa bilet 2 manat[/b]
02.08.2015 - 13:51
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da keçiriləcək “İnter” - “Atletik” görüşünün biletləri bu gündən etibarən satışa çıxarılır. Apasport.az saytının məlumatına görə, "İnter Arena"da baş tutacaq oyunun biletləri 2-3 manata satılacaq.
Qeyd edək ki, ilk görüşdə "Atletik" 2:0 hesabıyla qalib gəlib. Cavab görüşü saat 21:00-da start götürəcək.
0
0