[b]“İnter”in rəqibi “Arsenal”ın müdafiəçisini alır[/b]
03.08.2015 - 09:47
[b]“İnter”in rəqibi “Arsenal”ın müdafiəçisini alır[/b]

Bakı “İnter”inin Avropa Liqasındakı rəqibi “Atletik” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqa təmsilçisi “Arsenal”ın müdafiəçisi Naço Monreala göz dikib.

 

İspaniya millisinə də dəvət olunan sol cinah oyunçusu üçün Bilbao klubu qarşı tərəflə danışıqlara başlayıb. “Atletik” bu keçid qarşılığında ingilislərə 6 milyon avro təklif edib. Danışıqlar müsbət nəticələnsə, 29 yaşlı futbolçu bu həftə vətəninə dönəcək.

 

“Atletik” rəhbərliyi bu transferi tezliklə həll edib, Monrealın adını Avropa Liqası üçün sifariş vermək istəyir. Ancaq futbolçu yalnız pley-off mərhələsindən etibarən bu komandaya kömək edə bilər. Bunun üçün isə İspaniya klubu ilk növbədə III mərhələdə “İnter” səddini keçməlidi.

 

Qeyd edək ki, “İnter” – “Atletik” oyunu avqustun 6-da “İnter Arena”da keçiriləcək. Bu komandalar arasında İspaniyada baş tutan ilk görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb.