[b]“İnter”in sabiq qapıçısı dünyasını dəyişdi[/b]
06.06.2017 - 16:30
İtaliya yığmasının sabiq qapıçısı Juliano Sarti vəfat edib. Apasport.az saytı xəbər verir ki, keçmiş qolkiper 83 yaşında dünyasını dəyişib.
Sarti futbolçu karyerasında “Fiorentina”, “İnter” və “Yuventus” kimi klublarda oynayıb. O, florensiyalılarla 1, Milan təmsilçisi ilə 2 dəfə A seriyasının qalibi adını qazanıb.
Sarti 1959-1967-ci illərdə İtaliya yığmasında 8 oyun keçirib.
Qeyd edək ki, Juliano Sarti qısa müddətdə “Lukkeze” klubunu çalışdırıb.
- DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
0
0