[b]“İnter”in yeni transferi adının səhv yazılmasından narazıdı[/b]
11.07.2014 - 09:48
[b]“İnter”in yeni transferi adının səhv yazılmasından narazıdı[/b]

“Erkən qol buraxsaq da, mərhələ keçəcəyimizə inanırdıq”. Bunu apasport.az saytına açıqlamasında “İnter”in yeni transferi Mirzağa Hüseynpur deyib.

 

Dünən Avropa Liqasının I təsnifat mərhələsində “Tiraspol” üzərində qələbə qazanan “bankirlər”in yarımmüdafiəçisi komandasının mərhələ keçməsindən danışıb: “Səfərdə qələbə qazanmışdıq. Evdə də ardını gətirməliydik. Bunu bacardıq. Artıq “Tiraspol” geridə qaldı. Qarşıdakı oyun haqqında düşünməliyik. Növbəti rəqibimiz olan İsveçin “Elfsborq” klubu daha çətin rəqibdi. İnanıram ki, onlarla iki oyundan sonra da qələbədən və III mərhələdən danışacağıq”.

 

Gənc futbolçu xüsusi sevinməyinin səbəblərinə də aydınlıq gətirib: “Məni futbola atam gətirib. Onun öz komandası var idi. Hər dəfə oyuna gedəndə məni də aparardı və orada top daşıyardım. Belə futbolu sevməyə başladım. Ondan sonra futbola yazıldım. Futbol sevgisini məndə atam yaratdı. Vurduğum bütün qolları valideynlərimə həsr edirəm. Bu gün də Avroliqada vurduğumu qol onlar üçün idi. Ona görə belə sevinirdim”.

 

Hüseynpur adının formasının üzərində səhv yazılması haqqında da fikirlərini bildirib: “Bilirəm, formanın üstündə adım səhvən “Guseynpur” yazılıb. Bəlkə də bunu Avropa Liqasına görə belə ediblər. Amma şəxsiyyət vəsiqəsində adım “Huseynpur” yazılıb. Gələn dəfə düzəldərik”.