“Kasımpaşa”dan şəxsən mənə təklif gəlməyib. Bu barədə məlumatı mətbuatda oxumuşam. Amma təklif olarsa, sevinərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev deyib.
Türkiyənin Superliqa təmsilçisi “Kasımpaşa”nın maraq dairəsində olan 20 yaşlı futbolçu bu keçidin əleyhinə olmadığını bildirib: “Türkiyə klubundan təklif alsam, məmnuniyyətlə dəyərləndirərəm. Mən özüm də uzun illər legioner həyatı yaşamaq, sayılıb-seçilən komandalarda oynamaq arzusundayam. Bilirəm ki, bunu həyata keçirmək üçün daha çox çalışmalıyam. İndiki vəziyyətimlə kifayətlənmək olmaz. Çünki bu yolda hələ təzə addımlayıram”.
Qeyd edək ki, “Kasımpaşa”nın baş məşqçisi Şota Arveladze “İnter”lə yoxlama görüşündən sonra verdiyi açıqlamada Coşqun Diniyevi bəyəndiyini və onu transfer etmək istədiklərini söyləmişdi.