[b]“Kəpəz” "Neftçi" önünə itkilərlə çıxacaq[/b]
10.02.2018 - 20:28
[b]“Kəpəz” "Neftçi" önünə itkilərlə çıxacaq[/b]

Ölkə çempionatının XV turunda "Neftçi" ilə qarşılaşacaq "Kəpəz" oyuna itkilərlə çıxacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi tarixi derbidə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.

 

Söhbət müdafiəçi Dedimar Fereyra və yarımmüdafiəçi Murad Səttarlıdan gedir. Fereyra cəzalı, Səttarlı isə zədəlidi.

 

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Kəpəz” matçı saat 17:30-da start götürəcək.