[b]“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək[/b]
10.01.2018 - 10:41
Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” yanvarın 13-də əvəzedici heyət, ayın 15-də isə I divizion təmsilçisi “Sabah”la qarşılaşacaq.
Hər iki oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.
Qeyd edək ki, həm əvəzedici heyət, həm də “Sabah”la matç saat 14:00-da başlanacaq.
0
0