[b]“Kəpəz” hazırlığa “Dalğa Arena”da başladı[/b]
24.10.2017 - 16:15
Ölkə çempionatının X turunda “İnter”lə oynayacaq “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi” ilə görüşdən sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.
Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir.
“Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda, saat 11:30-da olacaq.
Qeyd edək ki, “Kəpəz” “İnter”lə oktyabrın 28-də üz-üzə gələcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0