[b]“Kəpəz” ukraynalı hücumçusu ilə vidalaşdı[/b]
11.01.2016 - 15:25
[b]“Kəpəz” ukraynalı hücumçusu ilə vidalaşdı[/b]

“Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı hücumçu Aleksandr Sitnik komandanı tərk edib.

 

Hazırda Yevlaxda təlim-məşq toplanışında olan Gəncə təmsilçisi Sitniklə yolları qarşılıqlı razılıq əsasında ayırıb.

 

Qeyd edək ki, Sitnik cari mövsüm 17 oyunda meydana çıxıb, 2 qol vurub.