[b]“Kəpəz” yenə tovuzlularla bacarmadı[/b]
03.08.2015 - 00:51
[b]“Kəpəz” yenə tovuzlularla bacarmadı[/b]

“Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə,  “sarı-göylər” son sınaq matçında səfərdə “Turan Tovuz”la üz-üzə gəlib.


Oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə gəncəlilər hesabı dəyişib. İsmayıl Aslanov I divizion təmsilçisinin qapısına yol tapıb. Amma onlar qələbə hesabını sonadək qoruya bilməyiblər. Rəqib hesabı bərabərləşdirib - 1:1.


Qeyd edək ki, bu oyun tərəflərin hazırlıq dönəmində ikinci qarşılaşması olub. Ötən ay Tovuzda reallaşan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdilər.