Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” oyuna itkilərlə çıxacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidi.
Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidi və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər. Klubun tibbi personalı Vinçesterin əzələsində yırtıq, Zərgərovun isə baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma olduğunu bildirib.
Futbolçuların durumu həkim nəzarəti altındadı, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi