[b]“Kəpəz”dən 6 cavabsız qol[/b]
14.01.2016 - 13:07
Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən “Kəpəz” toplanış müddətində ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yevlaxda məskunlaşan “sarı-göylər” əvəzedici heyətlə qarşılaşıblar.
Şahin Diniyevin yetirmələri əvəzediciləri 6:0 hesabı ilə məğlub edib. “Kəpəz”in qollarını ilk yarıda Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, fasilədən sonra isə Budaq Nəsirov və iki dəfə Julien Ebah vurublar.
Qeyd edək ki, həm əsas, həm əvəzedici komanda hər hissədə fərqli heyətə mübarizə aparıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0