[b]“Kəpəz”dən yeni transfer[/b]
27.10.2017 - 13:25
“Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi heyətini əcnəbi oyunçu ilə gücləndirib.
Belə ki, seneqallı Ba Aladji Mansur Premyer Liqa klubu ilə rəsmi müqavilə imzalayıb. Anlaşmaya əsasən, yarımmüdafiəçi cari mövsümün sonuna qədər gəncəlilərə məxsus olacaq.
27 yaşlı Mansur son olaraq Mərakeşin “Kenitra” klubunun formasını geyinib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0