[b]“Qəbələ”nin avtobusu daşa basıldı [/b]
14.03.2018 - 13:00
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.
“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. “Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub. “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0