[b]“Kəpəz”in kapitanları bəlli oldu[/b]
02.08.2015 - 13:12
Növbəti mövsüm yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinin yeni kapitanı da bəlli olub.
Belə ki, yeni mövsümdən etibarən, "sarı-göylər"in kapitan sarğısını Tural Axundov daşıyacaq.
Qeyd edək ki, Tural zədəli və cəzalı olduğu halda isə kapitan funksiyasını Şəhriyar Rəhimov və Bəxtiyar Soltanov yerinə yetirə bilərlər.
0
0