Bakının “Keşlə” klubu 13 illik fasilədən sonra yenidən yerli mütəxəssisə tapşırılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi vəzifəsinə təyin olunan Ramiz Məmmədova qədər son azərbaycanlı çalışdırıcı klubun “Xəzər Universiteti” dönəminə təsadüf edib.
13 il öncə komandanı avrokuboklara daşıyan və İntertoto kubokunda mərhələ adlayan Böyükağa Ağayev klub tarixinin sonuncu yerli baş məşqçisi idi.
2004-cü ilin yayında daim öz məşqçilərimizə güvənən “Xəzər Universieti” “İnter”ə çevrildi. Bundan sonra komanda adını növbəti dəfə dəyişənədək strategiyasından dönməyib və yalnız əcnəbilərə bel bağlayıb.
“İnter”i ukraynalılar Anatoli Konkov (2004-06), Oleq Smolyaninov (2006), Valentin Xodukin (2006-09), gürcüstanlılar Kaxaber Sxadadze (2009-15) və Zaur Svanadze (2015-17) çalışdırıb. Sonuncu “Keşlə” adı ilə də bir oyuna çıxmağı bacarıb.
Düzdü, 13 illik əcnəbilər dövründə müxtəlif səbəblərdən yerli çalışdırıcıların 1 matçlıq şans qazandığı vaxt da olub. Məsələn 2014/15 mövsümünün sonuna bir tur qalmış postunu tərk edən Sxadadzenin yoxluğunda Roman Cəfərov bir oyunluq onun funksiyasını yerinə yetirmişdi.
Qeyd edək ki, Məmmədov klub tarixinə İsmayıl Əliyev, Samir Ələkbərov və Böyükağa Ağayevdən sonra 4-cü yerli məşqçi kimi düşüb.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb