[b]“Keşlə”nin çirkin oyununun fərqinə varmadıq" - “Karpatı”nın müdafiəçisi[/b]
30.01.2018 - 11:23
[b]“Keşlə”nin çirkin oyununun fərqinə varmadıq" - “Karpatı”nın müdafiəçisi[/b]

“Baş məşqçinin bu matçda bizdən əsas tələbi müdafiədən hücuma sürətli keçmək və topu itirdiyimiz zaman dərhal müdafiəni gücləndirmək idi. Fikrimcə, bəzi epizodlarda bunu yerinə yetirə bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Karpatı”nın müdafiəçisi Orest Lebedenko deyib.

 

Ukrayna təmsilçisi Antalya toplanışı çərçivəsində dünən “Keşlə” ilə yoxlama görüşündə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.


Qarşılaşma ilə bağlı klubun rəsmi saytına açıqlama verən 20 yaşlı müdafiəçi “Keşlə” futbolçularının sərt oyunundan gileylənib: “Təbii ki, bütün matçı eyni səviyyədə keçirmək mümkün deyil. Bunun da əsaslı səbəbi var. Ağır fiziki yüklənmədən sonra meydana çıxmışdıq. Biz oyuna o qədər məsuliyyətlə çıxmışdıq ki, hətta “Keşlə”nin daimi çirkin oyununun fərqinə belə varmadıq. Ola bilsin ki, Azərbaycan çempionatı sərt keçir. Ancaq fakt odu ki, onlar bizə çatdırmırdılar. Matçdan sonra baş məşqçi dedi ki, meydana sanki motosikletdə çıxmışdınız. Oyunumuzdan razı qaldığı baxışından hiss olunurdu”.

0