[b]“Keşlə”nin daha bir matçının tarixi açıqlandı[/b]
06.01.2018 - 00:01
Qış fasiləsində hazırlıqların bir hissəsini Türkiyədə keçirəcək “Keşlə”nin daha bir oyununun tarixinə aydınlıq gəlib. Apasport.az saytı bakılıların Ukraynanın “Karpatı” klubu ilə qarşılaşacağı barəsində məlumat vermişdi.
Artıq sözügedən matçın başlama tarixi də bəllidir. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Bildirilib ki, görüş yanvarın 29-da baş tutacaq.
Qeyd edək ki, “Keşlə” Türkiyə toplanışına yanvarın 23-də başlayıb fevralın 2-də son qoyacaq.
0
0