[b]“Keşlə”nin düşərgəsində yeni futbolçu[/b]
08.01.2018 - 13:20
[b]“Keşlə”nin düşərgəsində yeni futbolçu[/b]

Çempionatın ikinci yarısına hazırlığını davam etdirən “Keşlə”nin düşərgəsinə yeni futbolçu qoşulub. Klubdan apasport.az saytına verilən məlumata görə, söhbət rusiyalı oyunçu İdris Musluyevdən gedir.

 

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Musluyev “Keşlə”yə baxışa dəvət olunub. O, dünən Bakıya gələrək, paytaxt təmsilçisinin düşərgəsinə qoşulub.

 

Məşqçilər korpusu Musluyevi bir neçə gün izlədikdən sonra onunla bağlı yekun qərarı verəcək. 20 yaşlı futbolçu 2014-cü ildən “Axmat”ın üzvüdü, ötən ili isə icarə əsasında Nalçik “Spartak”ında keçirib. 

 

Qeyd edək ki, qış fasiləsində Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov və İlkin Qırtımovla yolları ayıran “Keşlə” əvəzində Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio və Vaqif Cavadovla anlaşıb.