[b]“Sumqayıt”dan ayrılan müdafiəçi “Keşlə”də[/b]
02.06.2018 - 18:28
[b]“Sumqayıt”dan ayrılan müdafiəçi “Keşlə”də[/b]

Ölkə kubokunu qazanaraq Avroliqaya vəsiqə qazanan “Keşlə” heyətini gücləndirmək üçün fəaliyyətə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ilk olaraq müdafiənin qeydinə qalmaq haqqında düşünür.

 

Bunun üçün komanda Azər Salahlı ilə anlaşıb. “Keşlə”nin (“İnter”in) yetirməsi olan sol cinah müdafiəçisi yeni mövsümdən karyerasını doğma klubunda davam etdirəcək.

 

Onunla bir illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə milli komandalarda da oynamış 24 yaşlı futbolçu son üç mövsümü “Qarabağ” və “Sumqayıt”da keçirib.