[b]“Keşlə”nin yeni baş məşqçisi rəsmən açıqlandı[/b]
30.10.2017 - 12:14
[b]“Keşlə”nin yeni baş məşqçisi rəsmən açıqlandı[/b]

Azərbaycan Premyer Liqasının X turunda “Kəpəz”ə (0:2) məğlubyyətdən sonra “Keşlə”də istefaya göndərilən Zaur Svanadzenin boşluğu dərhal doldurulub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisində gözlənilən təyinat gerçəkləşib.

 

Bir müddət əvvəl əvəzedici heyət üzrə koordinator vəzifəsinə təyin olunmuş Ramiz Məmmədov, nəhayət ki, arzusuna çatıb. Belə ki, klub rəhbərliyi onu çoxdan gözlənilən baş məşqçi postuna gətirdiyini rəsmən bəyan edib.

 

Xəbərdə bildirilir ki, Məmmədov qış fasiləsinə qədər bu vəzifəni icra edəcək.