[b]“Kimlərlə yola davam edəcəyimi müəyyənləşdirdim” – baş məşqçi[/b]
27.04.2018 - 22:09
[b]“Kimlərlə yola davam edəcəyimi müəyyənləşdirdim” –  baş məşqçi[/b]

“Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər”. Apasport.az saytı xəbər verir ki, bunu 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Azər Məmmədov deyib.

 

Yığmamız Antalyada keçirilən UEFA İnkişaf turnirinin son turunda bu gün Türkiyənin U-15 komandasına 0:4 hesabı ilə məğlub olub.

 

AFFA-nın rəsmi saytına açıqlamasında matçı dəyərləndirən Məmmədovun məğlubiyyət şərhi belə olub: “Nəticə bizim üçün ağır olsa da, turnir yeni yaranmış komandanın təcrübə qazanması baxımından çox faydalı oldu. Bu uşaqlar indiyə qədər bu cür oyunlar keçirməmişdilər. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiklərini dərk edirlər. Belə gərgin oyunlar üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim”.