[b]“Komandamız meydanda görünmürdü” - Zaur Svanadze[/b]
27.04.2016 - 18:24
[b]“Komandamız meydanda görünmürdü” - Zaur Svanadze[/b]

“0:4 hesablı məğlubiyyətdən sonra danışmaq çətindi. İkinci qoldan sonra qol imkanları yaratdıq. Bundan sonra komandamız meydanda görünmürdü. Artıq çempionat oyunlarına hazırlaşmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edən "İnter" rəqibinə 0:4 hesabı ilə məğlub oldu.

 

Oyunu şərh edən gürcüstanlı mütəxəssis bildirib ki, rəqibin təzyiqi qarşısında tab gətirməkdə çətinlik çəkiblər: “Səbəbi dəqiq deyə bilmərəm. Rəqibin öz təzyiqi də sözünü dedi. Bəzi futbolçular üçün mövsüm başa çatıb. Zədəli oyunçularımız da var. Heyəti dəyişmək lazımdı”.

0