[b]“Koutinyo indi yox, yayda satılmalıdı”[/b]
03.01.2018 - 16:51
[b]“Koutinyo indi yox, yayda satılmalıdı”[/b]

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, hazırda ekspert kimi çalışan keçmiş futbolçu “mersisaydlılar”ın üzvü Filipp Koutinyonun “Barselona”ya keçmək ehtimalını dəyərləndirib.

 

O bildirib ki, “Liverpul” rəhbərliyi yanvarda bu transferin baş tutmasına imkan verməməlidi: “Koutinyonu indi əvəz etmək çox çətindi. Bu keçid baş tutsa, həm “Liverpul”un, həm də futbolçunun ziyanına olacaq. Koutinyonun yoxluğunda sabiq klubum Çempionlar Liqasına vəsiqə qazanmamaq təhlükəsi ilə üzləşə bilər. Odu ki, yanvarda bu haqda düşünməmək lazımdı. Koutinyo yaxşı məbləğ qarşılığında yayda satılmalıdı”.

 

Qeyd edək ki, Karrager 1996-2013-cü illərdə “Liverpul”un şərəfini qoruyub.