[b]“Kovaçın yerinə Prosineçki gətirilməli idi”[/b]
23.09.2015 - 14:08
[b]“Kovaçın yerinə Prosineçki gətirilməli idi”[/b]

“Ante Kaçiçin Xorvatiya yığmasının yeni baş məşqçisi təyin ediləcəyi bəlli idi. Odu ki, bu təyinatı gözləyirdim”. Apasport.az saytı xəbər verir ki, bu sözləri xorvatiyalı keçmiş vaterpolçu Dubravko Şimenç deyib.

 

Futbolla yaxından maraqlanan 49 yaşlı sabiq idmançı ölkəsinin mətbuatına maraqlı açıqlama verib.

 

Xorvatiya yığmasının hazırkı vəziyyətindən danışan Seul Olimpiadasının qızıl mükafatçısı Ante Kaçiçin yeni baş məşqçi təyin edilməsinə sevinmədiyini etiraf edib.

 

O bildirib ki, “damalılar”ın “sükanı arxası”na hazırda Azərbaycan yığmasını çalışdıran Robert Prosineçki gətirilməli idi: “Yeni baş məşqçinin qarşısına konkret tapşırıq qoyulub. O, komandanı Avropa çempionatının final mərhələsinə daşımalıdı. Ancaq düzünə qalsa, mən bu seçimi doğru hesab etmirəm. Ən düzgün variant Robert Prosineçki idi. Niko Kovaçın yerinə Kaçiç yox, hazırda Azərbaycan yığmasını çalışdıran Prosineçki gətirilməli idi. Amma bu, o demək deyil ki, Kaçiçə qarşıyam. Onun millidəki fəaliyyətini izləyəcəm və dəstək olacam. Sadəcə, öz fikrimi dedim. Mən Prosineçkini Xorvatiya yığmasında görmək istərdim”.

 

Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması millimizlə heç-heçə edib, Norveçə məğlub olduqdan sonra baş məşqçi Niko Kovaç istefaya göndərilmişdi.