“İnter”lə cavab matçının çox çətin keçəcəyini bilirik. Lakin Bakıya turist kimi yollanmamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Laçi” klubunun futbolçusu Miroslav Vuyadinoviç deyib.
32 yaşlı qapıçı Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə Bakıdakı oyunu ərəfəsində iddialı açıqlama verib.
2 ildi “Laçi”də çıxış edən qolkiper komandasının mərhələ adlayacağına əmin olduğunu bildirib: “İnter”ə hörmətlə yanaşırıq. Lakin oyun planında daha da inkişaf edib, istəyimizə çatmaq fikrindəyik. Rəqibimizin də gücünü nəzərə alıb, əminliklə deyə bilərəm ki, mərhələni biz keçəcəyik. Bu qarşılaşma bizim üçün çox vacibdi. Biz də buna uyğun şəkildə hazırlıq keçmişik. Qələbəyə layiq olduğumuz ilk matçda heç-heçəylə kifayətləndik. Əgər Azərbaycan komandasını düzgün təhlil edib, buna uyğun oyun qursaq, səfərdə qalib gələcəyik. İlk növbədə oyuna tam konsentrasiya olmalıyıq. Komandamızın hazırkı durumuna əsasən, bizim mərhələ adlayacağımıza şübhəm yoxdu”.
Qeyd edək ki, “Laçi” ilə “İnter” arasında Albaniyada keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.