[b]“Liverpul” “Barselona”ya xəbər göndərdi [/b]
25.10.2017 - 16:56
[b]“Liverpul” “Barselona”ya xəbər göndərdi [/b]

“Barselona” “Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyodan əl çəkmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yay fasiləsində braziliyalını satmaqdan imtina edən “mersisaydlılar” artıq fikirlərini dəyişiblər.

 

Belə ki, klub rəhbərliyi futbolçunun menecerinə Koutinyonu qışda 150 milyon avroya satmağa hazır olduqlarını bildiriblər. Həmçinin menecer də “Barsa”ya bu məlumatı çatdırıb. Lakin İspaniya nəhəngi “sambaçı”nın transferi müqabilində yalnız 80 milyon avro ödəniş edə biləcəyini vurğulayıb.

 

Qeyd edək ki, “Barselona” mövsümlərarası fasilədə 25 yaşlı oyunçu üçün 120+30 milyon avro təklif etsə də, ingilislər buna “yox” cavabını vermişdilər.