“Bavariya”nın yarımmüdafiəçisi Renato Sançes karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Milan”dan sonra “Liverpul” da portuqaliyalı futbolçuya “elçi düşüb”.
“Rossonyerlər” bu transfer müqabilində 40 milyon avro ödəməyə hazırdılarsa, “qırmızılar” 20 yaşlı oyunçunu icarəyə götürmək niyyətindədilər. “Liverpul” rəhbərliyi hətta ona müntəzəm əsas heyətdə oynamaq təminatı verməyə də razıdı. “Bavariya” da Sançesi birdəfəlik satmağın əleyhinə olduğundan, oyun praktikası qazanması üçün onu “Liverpul”a yollaya bilər.
Qeyd edək ki, Renato Sançes “Bavariya”ya ötən yay 35 milyon avro qarşılığında “Benfika”dan keçib.