İngiltərə FA kubokunda 1/32 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ən maraqlı və prinsipial oyununda “Liverpul”la “Everton” üz-üzə gəliblər. Mersisayd derbisinin qalibi “qırmızılar” olublar – 2:1.
Digər görüşdə isə “Mançester Yunayted” Çempionşip təmsilçisi “Derbi”ni məğlub edib – 2:0.
Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.
İngiltərə FA kuboku
1/32 final
6 yanvar
“Liverpul” – “Everton” – 2:1
Qollar: Milner, 34, Van Diyk, 84 – Siqurdsson, 67
“Mançester Yunayted” – “Derbi” – 2:0
Qollar: Linqard, 84, Lukaku, 90