[b]“Mançester Siti” “Liverpul”a 1 milyon funt ödəyəcək[/b]
18.04.2018 - 14:32
İngiltərə Premyer Liqasının çempionu adını qazanan “Mançester Siti” “Liverpul”a 1 milyon funt-sterlinq ödəməli olacaq. Apasport.az saytının məlumatına görə, bu, 2015-ci ilin yayında “qırmızılar”ı “şəhərlilər”ə dəyişən ingilis futbolçu Rahim Sterlinqin müqaviləsində qeyd olunan çempionluq bonusu ilə əlaqədardı.
“Mançester Siti” İngiltərə millisinin üzvü üçün “Liverpul”a 44 milyon funt ödəyib, əlavə 5 milyon isə bonus qismində nəzərdə tutulub.
Qeyd edək ki, Sterlinqin transfer dəyərinin 20 faizi yetirməsi olduğu “Kuinz Park Reyncers” klubuna çatır.
0
0