“Mançester Siti”nin yarımmüdafiəçisi Leroy Sane sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu İngiltərə Federasiya Kubokunda “Kardiff”lə qarşılaşmada xəsarət alıb.
“Şəhərlilər”in 2:0 hesabı ilə qalib gəldikləri görüşdə Co Bennettin sərt müdaxiləsindən sonra mübarizəni davam etdirə bilməyən Almaniya millisinin üzvü sol topuğundan zədələnib. İlkin müayinə zamanı həkimlər onun durumu ilə bağlı konkret bir söz deməyiblər. Ancaq 22 yaşlı futbolçunun təxminən 1 ay komandasından uzaq qalması proqnozlaşdırılır.
Qeyd edək ki, Leroy Sane bu mövsüm keçirdiyi 33 oyunda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"