“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcək karyerası ilə bağlı seçimini edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı futbolçu İngiltərədə qalmaq qərarına gəlib.
Komandanın liderlərindən olan De Bruyne PSJ-nin maraq dairəsində idi. Fransa təmsilçisi onun keçidi üçün mövsümün sonunda astronomik məbləğ təklif etməyə hazırlaşırdı. Lakin 26 yaşlı futbolçu “Mançester Siti”nin yeni müqavilə təklifini müsbət qarşılayıb. Yeni anlaşmanın tezliklə rəsmən imzalanması gözlənilir.
Qeyd edək ki, Kevin De Bruyne “Mançester Siti”yə 2015-ci ildə “Volfsburq”dan keçib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi