[b]“Mançester Siti”nin liderindən yeni müqavilə[/b]
19.12.2017 - 10:27
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcək taleyi ilə bağlı qərarını verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı futbolçu komandasında qalmağı üstün tutub.
PSJ-nin astronomik məbləğdə maaş təklif etməsinə baxmayaraq, “şəhərlilər”in lideri yeni müqavilə imzalamağa razılıq verib. Ulduz futbolçunun yeni sözləşməsi 2024-cü ilə qədər nəzərdə tutulub. De Bruynenin bundan sonra həftəlik qazancı 220 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Kevin De Bruyne “Mançester Siti”yə 2015-ci ildə “Volfsburq”dan keçib.
0
0