[b]“Mançester Siti”nin qapıçısı “Ginnesin rekordlar kitabı”nda[/b]
11.05.2018 - 00:51
[b]“Mançester Siti”nin qapıçısı “Ginnesin rekordlar kitabı”nda[/b]

“Mançester Siti”nin qapıçısı Ederson Moraeş “Ginnesin rekordlar kitabı”na düşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı “çərçivə qoruyucusu” topu ən uzağa vurmaq üzrə seçilib.

 

O, topu qapı xəttindən 75.5 metr uzağa yollayıb. Bu isə əvvəlki rekorddan 5.5 metr daha çoxdu.

 

“Rekordlar kitabı”nın nümayəndələri Edersona sertifikat təqdim ediblər.