[b]“Mançester Yunayted” Özillə bağlı qərarını açıqladı[/b]
25.10.2017 - 12:39
[b]“Mançester Yunayted” Özillə bağlı qərarını açıqladı[/b]

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin qış fasiləsində “Mançester Yunayted”ə transferi baş tutmayacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Bildirilib ki, Almaniya millisinin üzvü “qırmızı şeytanlar”ın maraq dairəsində deyil və onunla danışıq aparılmayıb. “Arsenal”dan ayrılmaq fikrində olan 29 yaşlı oyunçu özü isə hətta “Real”a dönməyə və ya “Barselona”ya keçməyə də razıdı. Lakin hələlik onunla bağlı “topçular” rəsmi təklif almayıb.

 

Qeyd edək ki, “Arsenal” rəhbərliyi müqavilə müddəti mövsümün sonuna qədər Məsut Özili yanvarda sataraq, gəlir əldə etmək istəyir.