[b]“Mançester Yunayted”dən 54 illik antirekord[/b]
28.12.2015 - 10:03
“Mançester Yunayted” özünəməxsus antirekordu təkrarlayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “mankunianlar” son 4 rəsmi matçın hamısında məğlub olub.
Premyer Liqanın XVIII turunda “Stok Siti”yə səfərdə (0:2) uduzan “qırmızı şeytanlar” bununla ardıcıl 4-cü dəfə meydanı xalsız tərk edib. Komanda sonuncu dəfə 54 il əvvəl, yəni 1961-ci ildə belə uğursuz çıxışla yadda qalıb.
Lui van Qalın rəhbərlik etdiyi İngiltərə təmsilçisi artıq 7 oyundu ki, qələbə üzü görmür.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0