Azərbaycanlı biznesmen Telman İsmayılova məxsus “Mardan Palace” otelinin idman kompleksi satışa çıxarılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Antalyada yerləşən otelin 101 min 407 kvadrat metrlik sahəsinə qiymət qoyulub.
2009-cu ildə Kundu bölgəsində 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə dünyanın ən lüks oteli seçilən “Mardan Palace” Telman İsmayılovun İctimai Təhlükəsizlik Təşkilatına olan borcu üzündən əlindən alınmışdı. Komplekslə yanaşı, otelə məxsus bir neçə yer ümumilikdə 101 milyon lirəyə satışa çıxarılıb. İdman kompleksində 4 tribunalı stadion, tək tribunalı bir futbol meydanı və 2 məşq meydanı yerləşir.
Qeyd edək ki, “AST 1989 Group”a məxsus olan “Mardan Palace” otelinin ümumi sahəsi 180 min kvadrat metrdi. Otelin inşası zamanı 10 min kvadrat metrlik qızıl və 500 min kristaldan istifadə olunub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi