[b]“Qarabağ”ı digər komandalarla müqayisə etmək olmaz” – Roman Qriqorçuk[/b]
11.05.2016 - 22:27
[b]“Qarabağ”ı digər komandalarla müqayisə etmək olmaz” – Roman Qriqorçuk[/b]

“Qarabağ”ı layiqli qələbə münasibətilə təbrik edirəm. Hazırda bu komanda bizdən daha güclüdür. Bu, turnir cədvəlində də, bugünkü qarşılaşmada da öz əksini tapıb. Matçın nəticəsi də oyuna görədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXXIV turunda səfərdə “Qarabağ”la qarşılaşan əyalət klubunun ukraynalı çalışdırıcısı 0:2 hesablı məğlubiyyəti şərh edib: “Komandamızın oyununu elə qurmuşduq ki, müdafiədən hücuma lazımi səviyyədə keçək. Təəssüf ki, ilk yarıda iki qol buraxdıq. Bundan sonra ikinci hissədə daha aqressiv oynamalı, pressinq etməli idik. Amma komandamızda bu, çatmadı. Komandada bir liderin olmasını deyil, daha çox futbolçunun həm meydanda, həm kənarda belə keyfiyyətlərini göstərməsi daha yaxşıdır. “Qarabağ”ı digər komandalarla müqayisə etmək olmaz. Çünki bu komanda digərlərindən daha güclüdür. “Qarbağ”a qarşı həmin rəqiblərlə oynadığımız kimi çıxış edə, üstün futbol sərgiləyə bilmədik. Bu rəqibə qarşı öz oyununu göstərmək asan deyil”

 

(klub saytı)

0