[b]“Məni heç kim “Qəbələ”yə çağırmayıb” [/b]
13.01.2015 - 22:02
[b]“Məni heç kim “Qəbələ”yə çağırmayıb” [/b]

“Çernomorets”in sabiq qapıçısı Dmitri Bezotosnı "Qəbələ"yə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Ukrayna təmsilçisinin kapitanı yerli mətbuata açıqlamasında Azərbaycan klubuna gəlməyəcəyini vurğulayıb.

 

O, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukdan heç bir təklif almadğını deyib: “Xeyr, heç kim məni "Qəbələ"yə çağırmayıb. Əgər belə bir imkan olsaydı, onu dəyərləndirməkdən imtina etməzdim. Hərçənd, hər şeydən əvvəl mən Ukrayna klublarının təklifləri ilə maraqlanıram. Çünki karyeramı ölkəmdə davam etdirmək istəyirəm".

 

Qeyd edək ki, bir müddət əvvəl Odessa təmsilçisinin yarımmüdafiəçisi Aleksey Qay “Qəbələ”yə keçib. Dmitri Bezotosnıdan başqa, digər 2 futbolçu - Yevgeni Zubeyko və Kiril Kovalçuk da komandadan ayrılıb.