“Qəbələ”nin hücumçusu Baqali Dabo “Qarabağ”la oyundan sonra mövsümü dəyərləndirib. O, apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Sizin üçün uğurlu mövsüm idi?
- Ümumi mövsüm haqqında danışırıqsa, deyim ki, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi, amma ümumi baxanda bu da pis nəticə deyil.
- Gümüş medalla yanaşı bombardir də oldun, bu mükafat sənin üçün nə dərəcədə dəyərlidir?
- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidir. Əgər çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.
- Vurduğun qollardan hansını fərqləndirərsən?
- “Səbail”ə vurduğum ilk qolu deyərdim.
- “Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?
- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz, kubokun finalı var. Ondan sonra biləcəm.