“İnter”lə Bakıdakı qarşılaşmada öz oyunumuzu nümayiş etdirməliyik. Baş məşqçimiz də bizdən sınmamağı xahiş edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Laçi” klubunun futbolçusu Eryon Vuçay deyib.
İcarə əsasında sabiq komandasına kömək edən futbolçu Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə Bakıdakı cavab oyunu haqda fikirlərini açıqlayıb: “Biz də səfər oyununda öz qüvvəmizə inanıb, bacarığımızı nümayiş etdirməliyik. İlk oyun göstərdi ki,, rəqib heç də adına uyğun səviyyədə deyil. Belə olan halda, niyə də Avropa Liqasında mərhələ keçməyək? Düzdü, öz meydanımızda qol buraxmağımız əleyhimizədi. Amma əminəm ki, səylə çalışmağımız nəticəsini verəcək. İlk oyunun heç-heçə başa çatması ədalətsizlik idi. Hamı gördü ki, biz qalib gəlməli idik. İnanıram ki, cavab oyununda istəyimizə çatacağıq”.
Qeyd edək ki, “Laçi” və “İnter” arasında Albaniyada keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatrıb.