[b]“Messi ən yaxşı futbolçu deyil, Neymar ondan güclüdü”[/b]
31.03.2017 - 18:11
[b]“Messi ən yaxşı futbolçu deyil, Neymar ondan güclüdü”[/b]

Argentina yığmasının sabiq məşqçisi Karlos Dibos maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, 2006 və 2008-ci illərdə millidə çalışmış mütəxəssis həmyerlisi Lionel Messiyə söz atıb.

 

Ölkəsinin mətbuatına açıqlama verən Dibos “Barselona”nın və Argentina yığmasının üzvünü tənqid edib. Messinin lider futbolçu olmadığını deyən çalışdırıcı əfsanəvi futbolçu Dieqo Maradonanı ondan üstün tutub: “Bir oyunçunun kimin oynaması haqda baş məşqçi ilə danışıqlar aparması yanlış deyil. Amma o futbolçuda xarakter, cəsarət olmalı, komandanı arxacınca apara bilməlidi. Belə oyunçu Dieqo Maradona idi. O, bütün argentinalıların ruhunu formasında daşıdığını bilirdi. Leo isə bunu bilmir”.

 

Dibos “Barselona”nın digər üzvü Neymarın Messidən güclü futbolçu olduğunu vurğulayıb: “Mən Messinin pis oyunçu olduğunu demək istəmirəm. Dünyanın ən yaxşı 3 futbolçusundan biridi, amma ən yaxşısı deyil. İndiki məqamda Neymar ondan güclüdü”.

 

Qeyd edək ki, Dibos “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin yeznəsidi.